“Təbiətin yaşıl ciyəri”

Şagirdlərin mütaliə həvəsinin daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə “Oxu Günü 3” layihəsi çərçivəsində gəlin birgə oxuyaq şüarı altında məktəbdə silsilə tədbirlərə start verilmişdir.Məktəb kitabxanasının təşəbbüsü ilə müxtəlif siniflərin cəlb olunduğu tədbirlərin ilki Arzu xanım Qənbərovanın rəhbərlik etdiyi 3d sinfində (rus bölməsi) baş tutdu.“Təbiətin yaşıl ciyəri” adlı dəyirmi masaya toplaşan şagirdlər, məktəbin direktoru Aygün xanım Əzizova, sinif rəhbəri Arzu Qənbərova, biologiya müəllimi Səfərova Günel, kitabxana müdiri Hüseynova Samirə, kitabxanaçı Cəlilova Səadət, müavinlər Ələndərova Elmira, Teymurova Leyla xanım iştirak edirdilər.Tədbirin planı: Təqdimat, şagirdlərin çıxışları, “Dəyirmi masa” iştirakçılarının fikir mübadiləsi, slaydların təqdim olunmasından ibarət idi.“Təbiətin yaşıl ciyəri” adlı tədbiri 3d sinfinin sinif otağında təşkil olunmuşdu. Otağa daxil olan hər kəs özünü yaşıl bir meşənin qoynunda hiss edirdi. Müxtəlif materiallardan hazırlanmış ağac, bitki maketləri, kəpənəklər, canlı çiçəklər, əsl təbiəti xatırladırdı.Şagirdlərin təbiət mövzusunda oxuduqları kitablardan ibarət hazırladıqları sərgi diqqətə layiq idi. Tədbiri giriş sözü ilə məktəb kitabxanasının müdiri Hüseynova Samirə xanım açaraq “Oxu günü 3” layihəsi haqqında məlumat verərək bu tədbirin layihənin bir hissəsi olduğunu və belə tədbirlərin şagirdlərin dünyagörüşündə müstəsna rol oynadığını bildirdi.Daha sonra şagirdlər slaydlarla təqdim olunan ayrı – ayrı bitkilər barədə məlumat verdilər. Şagirdlərdən Yusifli Natəvan, Babayeva Ləman, Niftullayeva Lalə, Teymurova Nazənin müxtəlif dillərdə təbiətə, çiçəklərə həsr olunmuş şeirlər söylədilər. “Dəyirmi masa” iştirakçıları Azərbaycan təbiətinə, meşələrinə aid adı “Qırmızı kitab”a düşmüş nadir bitki növləri haqqında danışaraq, onları şəkillərlə təqdim etdilər. Bitkilərin insan həyatında, sağlamlığında rolundan onlardan təbabətdə, mətbəxdə geniş istifadə olunmasından bəhs etdilər. Şagirdlər onu da vurğuladılar ki, biz özümüzdə təbiətin bir parçasıyıq və ondan kənarda yaşaya bilmərik. Kitabxana müdiri Samirə xanım Hüseynovanın şagirdlərə verdiyi “Təbiət və onu qorumaq nə üçün lazımdır” sualına iştirakçıların verdiyi dolğun cavablar tədbirin məntiqi yekunu kimi səsləndi.Tədbirin sonunda məktəbin direktoru Aygün xanım Əzizova şagirdlərə və sinif rəhbəri Arzu xanım Qənbərovaya təşəkkürünü bildirərək, tədbiri yüksək qiymətləndirdi. Belə tədbirlərin şagirdlərin təbiət haqqında biliklərinin genişlənməsinə və onlarda təbiətə sevgi və maraq oyadacağına əminliyini bildirdi.Təbiət bizə anamız qədər əziz və doğmadır. Onu sevmək, sevdirmək, qorumaq daha da gözəlləşdirmək və bu sevgini gələcək nəsillərə ötürmək hər kəsin vətəndaşlıq borcudur. Təbiətin gözəlliklərini və həyatımızdakı rolunu təsvir və tərənnüm edən bədii əsərlər onu qoruyacaq vətəndaşların yetişməsində xüsusi əhəmiyyətə malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi