"İlaxır çərşənbə"

14.03.2017 – ci il tarixində 251 №li məktəbin stadionunda Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük Novruz şənliyi keçirilmişdir.Tədbir Novruza həsr edirmiş plakatlarda bəzədilmiş stadionda saat 18:00 – da başladı.Şənliyi giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açdı. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzuladı.Daha sonra qonaqlar adından söz Rasim Musabəyova verildi. Natiq – Novruzun xalqımızın həyətındakı rolundan danışdı.Kosanın, keçəlin, Bahar qızın meydana gəlişi alqışlarla qarşılandı.Tədbirdə bir – birini əvəz edən rəqs nömrələri, müğənnilərin çıxışları tamaşaçı rəğbətini qazandı.Şənlikdə digər rayon məktəbləri ilə yanaşı 251 №li məktəbin kollektivi və müdriyyəti də iştirak edirdi. Qonaqlara təqdim edilən somavar çayı, xüsusilə də 251 №li məktəb şagirdlərinin hazırladığı “Şahdağ” tortu xalqımıza məxsus ən yüksək insani dəyərlərdən olan qonaqpərvərlik hissinin təcəssümü idi. Tonqal ətrafında davam edən şux zarafatlarla, şən musiqilərlə keçən bayram tədbiri iştirakçılar və sakinlərdə xoş təəsürat oyatdı.http://nizami-ih.gov.az/news/303.html
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi