"Novruz sərgisi"

14.03.2017 – ci il tarixində məktəbdə “Novruz” şənliyi keçirilmişdir. Tədbirdə I – XI sinif şagirdləri, müəllim və valideynlər, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər.Şənliyin əvvəlində məktəbin direktoru Aygün xanım Əzizova iştirakçıları və qonaqları “Novruz” bayramı münasibətilə təbrik etmiş onlara uğurlar arzulamışdır.Məktəb həyətində təşkil edilmiş “Novruz” sərgisində Azərbaycanın müxtəlif bölgələrinə aid maddi – mədəniyyət nümunələri sərgiləndi. Hər bir bölgənin özünə məxsus bayram şirniyyatları və səmənilərlə bəzənmiş xonçaları bir – biri ilə bəhsə girirmişlər kimi yan – yana düzülmüşdülər.Bölgələr üzrə 5a, 5c, 11b, 3d, 4d, 8ç, 10ç – Şəki şəhəri. Sinif rəhbərləri Mehdiyeva Təranə, Quliyeva Məftunə, Əhmədova Rəna, Qənbərova Arzu, Mustafayeva Əfsanə, Əlləzova Elmira, Rəsulova Gülnarə.9a, 6a, 6c, 2ç, 5b, 5ç, Lənkəran şəhəri. Sinif rəhbərləri – Bədəlova Gülnarə, Hüseynova İradə, Ömərova Afaq, Nağıyeva Yeganə, Zamanova Afət, Cəfərova Samirə, Səfərova Günel, Əzizova Arzu.6ç, 2e, 1ç, 9b – Bakı şəhəri. Sinif rəhbəri – Hacıyeva Gülnarə, Rzayeva Nərminə, Əliyeva İntizar, Ramazanova Emilya, Rəhimova Gülnarə.7ç, 7a, 9ç – Gəncə şəhəri. Sinif rəhbəri – Afət Cəfərova, Qəhrəmanova Firuzə.11c, 6b – Qazax şəhəri. Sinif rəhbəri – Yolçuyeva Esmira, Sadıqova Lətifə, Əlirzayeva Məlahət.10c – İsmayıllı şəhəri. Sinif rəhbəri – Xəlilova Samirə.9e, 1a, 7d – Naxçıvan şəhəri. Sinif rəhbəri – Şəhla Gözəlbəyli, Qasımova Sevda.4a, 3ç, 4c – Quba şəhəri. Sinif rəhbəri – Məmmədova Kəmalə, Qurbanova Sevinc, Bədəlova Nərgiz.9ç, 1c, 8a – Şamaxı şəhəri. Sinif rəhbəri – Soltanova Kəmalə, Əlizadə Cəmilə, Əmirova Aidə.10a – Şəmkir şəhəri. Sinif rəhbəri – Hüseynova Şəhla.10b – Qarabağ şəhəri. Sinif rəhbəri – Quliyeva Nuridə, Xəlilova Könül.2d – Qusar şəhəri. Sinif rəhbəri – Babayeva Fəxiyyə9b – Zaqatala. Sinif rəhbəri – Nəcəfzadə Leyla.Bir – birini əvəz edən rəqslər, oyun havaları, Qazax mahalını təmsil edən aşıqların Novruzu, Baharı tərənnüm edən mahnıları etnik yaddaşımızın Novruz sədaları tək iştirakçıların ruhunu oxşadı.“Cigitlər” rəqs qrupunun üzvlərinin ifa etdiyi “ Qafqaz rəqsi” tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.Milli geyimli şagirdlərin təqdim etdiyi musiqi nömrələri tədbirin yaddaqalan anlarından idi. Məktəb həyətində qurulmuş böyük tonqal, tüstülənən somavar, yuxa yayan, sac qalayan qızlar, milli geyimli oğlanlar bizi bu günümüzdən alıb dünənimizə, nənə - babalarımızın Novruzlu günlərinə aparırdı.Əllərində xonça və səmənilərlə milli libasda olan müəllim və şagirdlər minillik tarixə söykənən müqəddəs bayramımızın adət və ənənələrinə sanki güzgü tutmağa çalışırdılar.Tədbir başa çatsa da, hər kəs əmindir ki, bu şənliyin təəssüratı uzun müddət unudulmayacaq.Bu isə o deməkdir ki, Novruz istəkli xalqımız əziz bayramının inanc və gərənəklərini daim yaşadacaq və qoruyacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi