"Bahar iməcliyi IX - X - XI siniflərlə"

11.03.2017 – ci il tarixində məktəbdə növbəti “Bahar iməcliyi” təşkil olunmuşdur. İməclikdə IX – X – XI sinif şagirdləri ilə yanaşı məktəbin pedaqoji və texniki işçi heyəti də iştirak edirdi.Səhər tezdən bütün iməclik iştirakçıları Dövlət himnimizin sədaları altında məktəbin həyətinə toplaşdılar. Hər kəs böyük ruh yüksəkliyi ilə iməcliyə qoşuldu. İştirakçılar məktəb həyətində, idman meydançasında abadlıq, səliqə - shaman işləri gördülər. Həyətdəki ağacların dibləri bellənmiş, gövdələri ağardılmış, həyətyanı sahədəki tullantılar toplanmışdır. Güllərin, ağacların qurumuş budaqları təmizlənmiş, sulanmışdır. Siniflərin pəncərələri silinmiş, otaqlar sahmana salınmış, şəkil və plakatların tozu təmizlənmişdir.Şagirdlər böyük həvəslə müəllimlərin tapşırıqlarını yerinə yetirir, iməclikdə fəal iştirak etməyə çalışırdılar.Qədim inanca görə “Novruz” bayramına hazırlıq təmizlikdən başlayır. Elə bu inanca sadiq qalaraq, hər kəs müqəddəsliyinə, qadağaların kölgə sala bilmədiyi Novruz bayramına böyük həvəslə hazırlaşır. Təmizlik, paklıq, qardaşlıq, paylaşmaq istəyi – budur Novruzun bizlərə zaman - zaman təlqin etdiyi yüksək insani dəyərlər. Əsrlərə söykənən adətlərimiz, inam və dəyərlərimizi qoruyub , gələn nəsillərə ötürmək hər kəsin vətəndaşlıq borcudur. Belə tədbirlərin əsas məramı da elə budur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi