5 Oktyabr-Müəllimlər Günü münasibəti ilə Nizami rayon müəllimləri arasında "Voleybol" üzrə rayon turniri keçirilmişdir.
03.10.2024-cü il tarixdə Nizami rayonu 251 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr-Müəllimlər Günü münasibəti ilə Nizami rayon müəllimləri arasında "Voleybol" üzrə rayon turniri keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış edərək,turnir iştirakçılarını təbrik edib,öz ürək sözlərini bildirdi. Daha sonra turnirə start verilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçı komandalar bu qayda ilə müəyyən olunmuşdurlar: l yer-251 nömrəli tam orta məktəbin komandası.ll yer-242 nömrəli tam orta məktəbin komandası.lll yer-10 nömrəli tam orta məktəbin komandası.Turnir başa çatdıqdan sonra qalib və mükafatçı komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.
Müəllimlərimizi təbrik edirik, uğurları davamlı olsun!