1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə "Şən Startlar" yarışının final mərhələsi keçirilmişdir.

30.05.2024-cü il tarixdə,Nizami rayonu,251 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin və 251 nömrəli tam orta məktəbin birgə təşkilatçılığıyla 

1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə "Şən Startlar" yarışının final mərhələsi keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.251 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev və Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış edərək balaca idmançıları,yarış iştirakçılarını təbrik edib,ən xoş arzularını və ürək sözlərini bildirdilər. Yarışda həmçinin,sektorda praktika keçən Bakı Dövlət Universitetinin tələbələri də iştirak etmişdirlər.İlkin mərhələsində 8 komanda tərkibində 160 nəfərin iştirk etdiyi yarışın, baş hakimlər kollegiyasının rəhbərləri Leyla Nəcəfzadə və Ağa Nağıyevin nəzarəti altında start götürən final mərhələsində 3 komanda tərkibində 60 nəfər şagird iştirak etmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda qalib komandalar müəyyən olunmuşdurlar.Həmçinin,məktəbin istedadlı şagirdlərinin ifasında bədii gimnastika hərəkətləri və müxtəlif musiqi və rəqs nömrələri nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi