15 İyun"Milli Qurtuluş Günü" münasibəti ilə Nizami rayon müəllimləri arasında "Badminton" üzrə rayon turniri keçirilmişdir.

11.06.2024-cü il tarixdə,251 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman idarəsinin,Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı,Azərbaycan Badminton Federasiyasının və 251 nömrəli tam orta məktəbin dəstəyi ilə 15 İyun"Milli Qurtuluş Günü" münasibəti ilə Nizami rayon müəllimləri arasında "Badminton" üzrə rayon turniri keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Sonra Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.BŞGİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış edərək,turnir iştirakçılarına öz ürək sözlərini bildirdi.Turnirin baş hakimi Kərim Musayev turnir iştirakçılarını qaydalarla tanış etdikdən sonra,turnirə start verildi.Turnirdə 12 komanda tərkibində 24 nəfər iştirak etmişdir.Turnir komanda növündə,o cümlədən kişilər və qadınlar arasında şəxsi növdə olimpiya sistemi üzrə keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qaliblər bu qayda ilə müəyyən olunmuşdurlar:lKomanda növü: l yer-214 nömrəli tam orta məktəbin komandası.ll yer-251 nömrəli tam orta məktəbin komandası.lll yer-242 nömrəli tam orta məktəbin komandası.Şəxsi növ.Kişilər:l yer-Süleyman Süleymanlı/214/.ll yer-Fariz Baxşıyev/251/.lll yer-Asəf Mehdiyev/242/.Qadınlar:l yer-Gülyana Özcan Əfəndiyeva/220/.ll yer-Pərvanə Əliyeva/242/.lll yer-Esmira Rzayeva/227/.Sonda qaliblərə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar,Həmkarlar İttifaqı Nizami rayon Komitəsi tərəfindən kuboklar təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi