Baba Vəziroğlunun 70 illik yubileyinə həsr olunmuş “Ömrün 70-ci səhifəsi” adlıədəbi– bədii gecə keçirilib

24 may 2024-cü il tarixdə “1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” publik” hüquqi şəxsin 251 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “Nitq mədəniyyəti” və “Xor ifaçılığı” dərnəyi üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçi, ”Humay” mükafatı laureatı, kinodramaturq Baba Vəziroğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş “Ömrün 70-ci səhifəsi” adlı ədəbi– bədii gecə keçirilib.Tədbirin keçirilməsində məqsəd dərnək üzvlərini şairin həyat və yaradıcılığı ilə yaxından tanış etmək, onlarda mənəvi- əxlaqi dəyərlərə hörmət və bədii ədəbiyyata maraq artırmaqdır.Tədbirdə ilk öncə Baba Vəziroğlunun zəngin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Bundan başqa Baba Vəziroğlunun öz dilindən poeziya çələngi dinlənilib, uşaqların ifasında şairin şeirləri, sözlərinə yazılan musiqiləri səsləndirilib və ünvanına dəyərli fikirlər söylənilib. Həmçinin Baba Vəziroğlu tamaşaçıların ona ünvanlandırdığı sualları cavablandırıb. Tədbirin sonunda dərnək üzvləri fəal iştiraklarına görə mərkəz tərəfindən təqdim olunan təşəkkürnamə ilə təltif olunub və xatirə şəkilləri çəkdiriblər.Tədbirdə 251 nömrəli məktəbin direktoru Elçin Abdullayev,Şair Baba Vəziroğlu,11 nömrəli tam orta məktəbin müəllimi Təranə Hüseynli,Nizami rayon Gənclər İdman idarəsinin baş məsləhətçisi Valeh Əmrahov,Nizami rayon mədəniyyət mərkəzinin direktoru Laura Quliyeva,263 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərova və 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi