28 May Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi.

Müstəqillik Gününə həsr edilmiş tədbir təşkil edildi.Tədbirdə Sadıqova Leyla,Hüseynova Samirə, Əlirzayeva Məlahət , İsmayılova Flora və 2a sinif şagirdləri çıxış etdilər.Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanmış Müstəqillik gününə həsr edilən kitab sərgisi nümayiş olundu.Hazırlanan materiallarda Azərbaycan xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilmişdir.Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar , maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapmışdır. Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında məlumat verilmişdir.Materiallarda Ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti,tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər yer almışdır.Kitabxanada"28 May Müstəqillik Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunmuşdur.Şagirdlər tərəfindən şeirlər, hekayələr və əl işləri nümayiş etdirildi.