3 -cü siniflər arasında "Dünya hələ bizim üçün nağıldır"adlı tədbir keçirilib.

Məktəb psixoloqu Qənbərli Sevincin təşkilatçılığı ilə 3cü sinif şagirdlərinin də iştirakı ilə "Dünya hələ bizim üçün nağıldır" adlı tədbir baş tutdu.Tədbirdə kiçikyaşlıların canlandırdığı nağıl qəhrəmanları, istedadlı şagirdlərin ifaları və rəqsləri yer aldı. Bakı Şəhər Təhsil idarəsinin Təlimə dəstək mərkəzinin " Psixoloji xidmətin təşkili" bölməsinin müdiri Səidə Əhmədova, həmin bölmənin metodisti Aysel Novruzova da tədbiri izləyənlər sırasında idi. Tədbirin sonunda müəllim və valideynlərə də kiçik bir mesaj verildi. Öz nağıl dünyamızın qəhrəmanları olduğumuzu unutmayaq!