"Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər?adlı intellektual bilik yarışı keçirilidi.

   “Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər?" adlı intellektual bilik yarışı keçirilib.

 

20 may 2024-cü il tarixində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə 251 nömrəli tam orta məktəbdə “Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər?" adlı intellektual bilik yarışı keçirilib.

Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq, onların yeni biliklər öyrənməsini təmin etməkdən ibarətdir. 

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsənin əməkdaşları, məktəb rəhbərliyi, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, valideynlər və 150 nəfərə yaxın uşaq iştirak edib. BŞDYPİ inspektoru, polis kapitanı Pərvanə Muradova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldılması məqsədilə görülən işlərdən danışıb. Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbir zamanı uşaqlar arasında yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, məktəbin direktoru Elçin Abdullayev, 1 nömrəli UGİM metodisti Solmaz Qasımova olub. 

İbtidai sinif şagirdlərindən təşkil olunmuş 4 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. Yarışın nəticələrinə görə “Polislər” komandası I yeri tutub. Birinci yeri tutan komandanın üzvləri diplomlarla, fəal iştirak edən digər “Sərnişinlər”, “Piyadalar” və “Sürücülər” komandalarının üzvləri isə təşəkkürnamə ilə təltif olunublar.“ 

Tədbirin sonunda 251 nömrəli məktəbin direktoru Elçin Abdullayev təşkilatçılığa görə BŞDYPİ əməkdaşlarına, 1 nömrəli UGİM publik hüquqi şəxsin rəhbərliyinə və dərnək rəhbəri Rəşad Orucova təşəkkürünü bildirib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi