"Yaşıl dünya naminə həmrəylik ili"

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 251 nömrəli tam orta məktəbin Tədbirlər Planına əsasən məktəb ərazisində yaşıllaşdırma işləri həyata keçirilir.
Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə keçirilən aksiyalar çərçivəsində məktəbin 5 “B” sinif şagirdləri tərəfindən həyətyanı sahədə şam ağacları və qızılgül kolları əkilmişdir.