Kitabxanada 1b sinifinin "Biz kitab dostuyuq" adlı mütaliə günü

“Mütaliə Günü” ilə əlaqədar 1 b sinfində kitab və mütaliənin faydaları ilə bağlı “ Biz kitab dostuyuq” adlı tədbir keçirilmişdir. Sinif rəhbəri Təranə Muxtarova çıxış edərək qeyd etdi ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır.
1 b sinfinin şagirdləri oxuduqları hekayələri səhnələşdirərək qonaqlar qarşısında çıxış etdilər.Düzəltdikləri illüstrasiyaları nümayiş etdirdilər.Məktəbin direktor müavini Leyla Sadıqova şagirdlərin əməyini dəyərləndirərək
rollu oyunların şagirdlərin oxu dərsinə, bədii əsərlərə sevginin artmasına səbəb olduğunu qeyd etdi.