Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.

Məktəbin illik Fəaliyyət Planına və Tədbirlər Planına əsasən direktor müavini Şəbnəm Quliyevanın və rəsm müəllimi Nigar Cəfərovanın təşkilatçılığı ilə 6-8-ci sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Sonda yer tutan şagirdlər diplomla təltif olundular.