2 “Ə” sinif şagirdlərinin iştirakı ilə 9 May-Faşizm üzərində qələbənin 79 -illiyinə həsr olunmuş mütaliə saatı təşkil olunmuşdur

8 may tarixində 2 “Ə” sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında 9 May-Faşizm üzərində qələbənin 79 -illiyinə həsr olunmuş mütaliə saatı təşkil olunmuşdur.Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlar arasında oxu vərdişlərinin inkişaf etdirilməsi və mütaliəyə diqqətin artırılması məqsədi ilə ibtidai sinif müəllimi Cavadova Ziyarət , kitabxana müdiri Hüseynova Samirə və kitabxanaçı İsmayılova Flora tərəfindən dəyirmi masa keçirilmişdir. Müəllim faşizm üzərində qələbədə Vətənimizin rolu haqqında şagirdlərə ətraflı məlumat verdi.Şagirdlər Qələbə gününə həsr edilmiş əsərlər,şeirlər oxudu,müzakirələr apardılar.