2"Ç" sinifində mütaliə günü

   Bu gün 2"Ç" sinif şagirdləri ilə məktəb kitabxanasında mütaliə günü təşkil edilmişdir. Şagirdlərdə dinləyib-anlama , nəticə çıxarma, ümumiləşdirmə bacarıqlarının inkişafı ilə bağlı sinif rəhbəri Abdullayeva Kamalə tərəfindən iş aparılmışdır. Şagirdlər müəllim tərəfindən oxunan "Gül qızın nağılı" hekayəsini dinləmiş və hekayə xəritəsi tərtib etmişlər.Unutmamaq lazımdır ki, şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması olduqca vacibdir. Sonda şagirdlərin mütaliəyə, kitaba olan sevgilərini artırmaq üçün maraqlı söhbətlər aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi