"Nizami Gəncəvi"və"Fizika" aylığı.
Məktəbimizdə 18.04.2024 tarixində “fizika aylıgı”çərçivəsində 8A sinif şagirdlərinin iştirakı ilə”NİZAMİ GƏNCƏVİ və FİZİKA” başlıgı altında tədbir keçirildi.
Tədbirin təşkilatçıları olan 8A sinif şagirdləri fizika müəllimləri C.Əlizadənin rəhbərliyi altında Nizaminin “XƏMSƏ”sinə müraciət etmiş,dahi şairin təbiətin inkişaf qanunları,kainatın yaranması,,cisimlərin elektriklənməsini,kainatda mövcud olan elektrik və maqnit qüvvələri haqqında,kainatın fırlanması,səsin əks-sədası,cazibə qüvvəsi,maqnitin dəmiri cəzb etməsini və s. qanun və qanunauygunluqları böyük məharətlə qələmə almış dahi mütəfəkkirin fikirlərini böyük həvəs və coşqu ilə səsləndirdilər.
Yer üzündə yalnız ag rəngin mövcudlugunu,qalan bütün rənglərin ondan alınmasını,fırlanma hərəkəti,mərkəzəqçma təcili haqqındakı fikirləri xüsusi ustalıqla qələmə aldıgını əsərlərdən söylədikləri şerlərlə çox məharətlə bizlərə çatdırdılar.
Şagirdlər böyük dünyanın sirlərinə bələd olan təbiətşünas alimi,onun şerləri ilə,çox gözəl, obrazlı şəkildə ifadə etdilər.