“4 gündən – 44 günə qədər qedən yol” adlı tədbir keçirilib.

5 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin 251 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “Nitq mədəniyyəti”, “Xor ifaçılığı” və “Yol hərəkətı qaydaları” dərnəyinin iştirakı ilə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Azərbaycanın Silahlı Qüvvələrinin kiçik giziri, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş Baxışov Seymur Qulamhüseyn oğlu və Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, ikinci Qarabağ müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Əliyev Atəm Vaqif oğluna həsr olunmuş “4 gündən – 44 günə qədər qedən yol” adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsədi dərnək üzvlərinə Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində 2-ci Qarabağ müharibəsinin təməlini və böyük zəfərin başlanğıcının əsasını qoyan aprel döyüşləri haqqında məlumat vermək, dövlətimiz üçün əhəmiyyətli ərazi və yüksəklikləri şanlı ordumuzun səyi və bacarığı ilə əldə etməyimizi qürur hissi ilə vurğulamaqdır.İlk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra “Nitq mədəniyyəti”, “Xor ifaçılığı”, “Yol hərəkəti qaydaları” və “Xor ifaçılığı” dərnəyinin üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, şəhidlərə, vətənə həsr olunmuş şeirlər və mahnılar ifa olunub.Tədbirdə Azərbaycan Ordusunun ehtiyatda olan hərbi qulluqçusu gizir qazi Sərxan Abbasov,qazi Teymur Məlikov,qazi Mönsüm İsgəndərov,şəhid anaları,şəhid yoldaşı,251 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi