"Dəyərlərimizi qoruyaq!" layihəsi: "NƏ" "HARADA" "NƏ ZAMAN" intellektual oyun keçirilmişdir.

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Bakı Şəhər üzrə Təhsil Nazirliyi tətrəfindən "Dəyərlərimizi qoruyaq!" layihəsi keçirilir. Bu məqsədlə direktor müavini Şəbnəm Quliyevanın təşkilatçılığı ilə "NƏ" "HARADA" "NƏ ZAMAN" intellektual oyun keçirilmişdir. Sonda 8"D" sinfinin “ Qarabağ” komandası I yerə, 8"A" sinfinin “ Zirvə” komandası II yerə, 8"D" sinfinin “ Qəhrəmanlar” komandası III yerə layiq görülmüşlər. Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi