1"B" sinfində Kitab bağışlama günü ilə əlaqədar dərs- tədbir keçirildi.

Dünya əhalisi fevralın 14-nü beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu məqsədlə 1"B"  sinfində Kitab bağışlama günü ilə əlaqədar dərs- tədbir keçirildi. Dərsdə iştirak edən direktor müavini Şəbnəm xanım, kitabxanaçı Samirə xanım və Flora xanım uşaqlara kitab oxumağın faydaları və metodlarından bəhs ediblər. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.

Sinif rəhbəri Təranə Muxtarova Beynəlxalq Kitab Bağışlama Gününün tarixi haqqında məlumat verərək bildirdi ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək, insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb.

Tədbirdə şagirdlər oxuduqları nağılların illustrasiyalarını nümayiş etdirdilər. Dərsin sonunda şagirdlər bir-birilərinə kitab bağışladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi