"NƏ" "HARADA" "NƏ ZAMAN" intellektual oyun keçirilmişdir.

Müasir dövrdə elm inkişaf etdikcə şagirdlərin bilik və bacarığını təkmilləşdirən meyarlar da meydana çıxır. Gənclərin intellektual oyunlara cəlb edilməsi isə uğurlu bir addımdır, çünki onların intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər hərtərəfli inkişafa hesablanmışdır.

İlk olaraq belə oyunlar vasitəsilə məktəblilər arasında ünsiyyət qurulur, onlar özlərinə yeni dostlar qazanırlar. Yeniyetmələr, həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən məktəbliyə təsir edir, onun inkişafında böyük rol oynayır.

Bu məqsədlə məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə direktor müavini Şəbnəm Quliyevanın təşkilatçılığı ilə 8 ci siniflərin komandaları arasında "NƏ" "HARADA" "NƏ ZAMAN" intellektual oyun keçirilmişdir. Oyunun sonunda 8 "D" sinfinin "Qəhrəmanlar" komandası I yerə, 8 "D" sinfinin "Qarabağ" komandası II yerə, 8 "A" sinfinin "Zirvə" komandası isə III yerə layiq görülmüşlər. Şagirdlərimizi təbrik edir, uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi