Məktəbimizdə 20 Yanvar şəhidləri anıldı.

18 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin 251 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “Nitq mədəniyyəti”, “Məktəb teatrı”, “Yol hərəkəti qaydaları”, “Xor” dərnəyinin üzvlərinin iştirakı ilə 20 Yanvar şəhidlərinin və 44 günlük Vətən müharibəsində canlarını qurban verən şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən sevgisindən şəhidlik zirvəsinə” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd azadlığımız, müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaqdır.
İlk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra “Məktəb teatrı”, “Nitq mədəniyyəti”, “Xor ifaçılığı”, “Yol hərəkəti qaydaları” və “Vokal” dərnəyinin üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, şəhidlərə, vətənə həsr olunmuş şeirlər və mahnılar ifa olunub.
Tədbirdə Xətai rayonu İcra Hakimiyyətinin İçtimai – Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, həmin şöbənin baş məsləhətçisi Turan Cəfərova, Bakı şəhəri Gənclər İdman idarəsinin Nizami sektorunun baş məsləhətçisi Valeh Əmrahov, müğənni Vəsilə Qarabağlı, 251 nömrəli tam orta məktəbin direktor müavini Əlxan Əsgərov, müəllim və şagird kollektivi, 95 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Rahil Hüseynov, Azərbaycan Ordusunun ehtiyatda olan hərbi qulluqçusu gizir Sərxan Abbasov, şəhid anaları və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.