1"C" sinfində sağlam həyat tərzi və sağlam qidalanma mövzusunda "Açıq dərs" keçirildi

Təhsil alanların ekoloji maarifləndirilməsi onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artirilması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim- şagird, şagird- şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkli, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə Bakı Şəhər üzrə Təhsil İdarəsinin Tədbirlər Planına və məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbimizdə  Yaşıl layihə: " Təbiəti qoruyanlar " layihəsi keçirilir. Bu məqsədlə 1 " C " sinfində sağlam həyat tərzi və sağlam qidalanma mövzusunda " Açıq dərs" keçirilmişdir.Sinif rəhbəri Yeganə Nağıyeva şagirdlərə sağlam yaşamağın ən önəmli şərti olan  sağlam qidalanma haqqında geniş məlumat vermişdir.Şagirdlər hazirladıqları təqdimatlarla çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi