Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar 8 "A" sinfində “Dəyirmi masa” keçirildi

12 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar məktəbimizin tarix müəllimi Rəna Əhmədovanın iştirakı ilə 8 " A " sinfində  “Dəyirmi masa” keçirilmişdir.Anım tədbirində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.Sonda Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi