1 "B" sinfində Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

2 dekabr 2023-cü il tarixdə şəhid Seymur Hüseynoğlunun adını daşıyan 1 "B" sinfində Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə sinif rəhbəri Təranə Muxtarova açaraq,Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. O, Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Daha sonra tədbirdə çıxış edən məktəb kitabxanasının əməkdaşı Flora xanım Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər və aforizmlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi