Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş 5 "Ç" sinfində təşkilat saatı keçirldi

12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı.Bu münasibətlə məktəbimizin tarix müəllimi Aidə Kamilova 5 " Ç " sinfində təşkilat saatı keçirmişdir. Şagirdlər Ümummilli Liderə, vətənə həsr olunmuş şeirlər söylədilər. Aidə müəllimə  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi