“Sağlam həyat tərzi, sağlam qidalanma nədir?” adlı dərs

Bu gün 1 " B " sinfində Təranə Muxtarovanın təşkilatçılığı ilə “Sağlam həyat tərzi, sağlam qidalanma nədir?” adlı dərs-tədbir keçirilib.Tədbirdə məktəbin həkimi Elnurə xanım və kitabxanaçı Flora xanım iştirak edirdi.Tədbirin keçirilməsində məqsəd şagirdləri zərərli vərdişlərdən və onların qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərdən, ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirməkdən ibarətdir.Bildirilib ki, sağlamlığın əsas şərtləri idmanla məşğul olmaq, düzgün qidalanmaq,  gigiyena qaydalarına riayət etməkdir. Sağlamlığın əsas şərtlərindən biri olan idman  insanları həm formada saxlayır, həm də bədəndə olan bəzi artıq piy piqmentlərini əridir.Həmçinin  qeyd edilib ki, düzgün yuxu rejimi qurmaq və gigiyenik qaydalarına əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək sağlamlığın prinsiplərindəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi