SAF 2023 final mərhələsində şagirdlərimiz iştirak edir

SAF 2023 final mərhələsinə start verilib. Festivalda məktəbimizin informatika və steam müəllimi Aysel Hüseynova şagirdləri Abdullayev Ayxan, Əmirli Nurayla qatılıb. Onlar Vidx kateqoriyası üzrə məktəbimizi təmsil edirlər. Festivalda 12 istiqamət üzrə təşkil olunan yarışlarda 868 yerli və 11 ölkədən 159 xarici iştirakçı mübarizə aparır. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, həmçinin innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi