Voleybol yarışı keçirilib
Təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılması məqsədilə Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin və məktəbin Tədbirlər Planına əsasən " İdmansevərlər" layihəsi keçirilir. Məktəbimizin idman müəllimləri Ağa Nağıyev və Leyla Nəcəfzadənin iştirakı ilə qızlar arasında voleybol yarışı keçirilmişdir.