5 "B" və 1 "B" sinif şagirdləri Vətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun Anım Günü ilə əlaqədar “Bu, həmin gündür! Qəhrəman olmağın vaxtı çatdı!” mövzusunda keçirilən tədbirdə iştirak etdilər

26 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun  anım günü tədbiri keçirilib.Tədbirdə 5 "B" və 1 "B" sinif şagirdləri, valideynləri və sinif rəhbərləri iştirak edirdi.Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.Tədbirdə çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Seymurun və digər şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Sonra din xadimləri tərəfindən şəhidin ruhuna dualar oxunub.Əsgər Novruzov İslam isə son döyüşlərinə yollanar 26 nokən komandirinin onlarla olan söhbətini xatırlayır və onu hörmətlə yad edir: “Komandirimiz baş leytenant Hüseynoğlu hər gün olduğu kimi, bu səhər də ayağa qalxıb bizə dedi: “Bu, həmin gündür! Qəhrəman olmağın vaxtı çatdı!” Elə həmin gün uğurlu əməliyyatların birinə rəhbərlik edən komandirimiz döyüş zamanı ağır yaralandı. Allah sizə rəhmət eləsin, cəsur komandirim! Sizi heç vaxt unutmayacağıq!”.Seymur ailəli idi, 2 yaşlı Hüseyni Vətənə əmanət edib şəhid oldu. Qəhrəmanımız ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib və göstərdiyi şücaət və qəhrəmanlığı Azərbaycan xalqının qəlbinə əbədi həkk olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi