1 "B" sinif şagirdləri Zəfər Günü münasibətilə İkinci Fəxri Xiyabanda olublar

7 noyabr tarixində 1 "B" sinif şagirdləri Təranə Muxtarovanın rəhbərliyi ilə Zəfər Günü münasibətilə İkinci Fəxri Xiyabanda olublar. Orada Azərbaycanının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, Mübariz İbrahimovun və İkinci Qarabaq müharibəsi zamanı şəhid olmuş digər vətən oğullarının məzarını ziyarət ediblər. Ziyarətin məqsədi şagirdlərə tariximizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub. Şagirdlər, müəllimlər və valideynlər şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Məktəblilər vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərə aid şeirlər söyləyib, “Şuşa Qarabağın tacıdır!”,"Qarabağ Azərbaycandır!", “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi