2 "A" sinfində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü sevinclə qeyd edilmişdir

Bayraq kimliyimdir. Bayraq mənliyim. 2 "A" sinfində sinif rəhbəri Məlahət Əlirzayevanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü sevinclə qeyd edilmişdir. Şagirdlər vətənimizin bu qürurverici tarixində, yəni Zəfər paradının Xankəndində keçiriləcəyi bir tarixdə Bayraq Gününü sevinclə qürurla yaşayaraq şeirlər söyləmiş, video-çarxlar izləmiş, vətənpərvər mahnılar oxumuşlar. Sinif rəhbəri Məlahət Əlirzayeva hər zaman olduğu kimi Bayrağımıza, Vətənimizə, Ana yurdumuza, dilimizə məhəbbətin,sevginin vacibliyini, ana kimi doğma, müqəddəs olduğunu vurğulamışdır. Hər bir şagirdin hazırladığı vətənpərvər çıxışlar dinlənilmiş, hər birində bayrağa,, vətənə, torpağımıza sevginin necə böyük olduğu hiss olunmuşdur. Azərbaycanın gələcəyi belə ruhda köklənərsə əlbəttə Vətən topağı basılmaz.Bu ruhda böyüyən ,gəlcəyimiz olan körpələr əlbəttə sabah torpaqlarımızın ləyaqətli sahibi olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi