5 " B " sinfində Zəfər Gününə həsr olunmuş təşkilat saatı keçirilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə qərar vermişdir.
07.10.2023-cü il tarixdə məktəbimizin 5 " B " sinfində Zəfər Gününə həsr olunmuş təşkilat saatı keçirilmişdir. Dərsdə şagirdlər tərəfindən Zəfər Günü ilə bağlı məlumatlar, şeirlər, əl işləri təqdim edilmişdir.
Şəhid Seymur Hüseynoğlunun adını daşıyan 5 " B " sinif şagirdləri bu gözəl gündə şəhidini yadından çıxarmadı. Onun haqqında məlumatlar bölüşdülər.
Bizim şagirdlərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun təcavüzkarlardan azad etdikləri müstəqil ölkənin vətəndaşlarıdır! 8 noyabr bizim xalqımızın qüdrətini nümayiş etdirən qürur mənbəyimizdir!
Zəfər Günün mübarək olsun, Doğma Yurdum!