2 " Ə " sinifində 8 noyabr-Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

2 " Ə " sinifində sinif rəhbəri Ziyarət Cavadovanın təşkilatçılığı ilə 8 noyabr-Zəfər gününə həsr olunmuş tədbir keçirilib.Tədbir dövlət himninin səslənməsi ilə başlanıb.Şagirdlərə Vətən müharibəsi ,Ali Baş Komandan Ilham Əliyevin qələbəyə aparan siyasəti ,rəşadətli ordumuzun gücü, Vətən uğrunda canından keçmiş şəhidlərimiz haqqında məlumat verilib.Şəhidlərin əziz xatirəsi bir dəqiqə sükütla yad edilib. Sonra şagirdlər Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirib.Tədbirin sonunda "Qalib Azərbaycan "adlı kiçik hissələrdən ibarət Azərbaycan Respublikasının xəritəsi şagirdlər tərəfindən boyanaraq birləşdirilib.