7 " D " sinfində “ Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu” mövzusunda təşkilat saatı keçirilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına və 251 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq 7 " D " sinfində sinif rəhbəri Firuzə Qəhrəmanovanın iştirakı ilə “ Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu” mövzusunda təşkilat saatı keçirilmişdir. Sinif rəhbəri 44 günlük Vətən müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolu və tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü barədə şagirdlərə geniş məlumat verdi.