1 ç sinfində “ Vətən var olsun!” adlı tədbir keçirilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına və 251 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq 1 ç sinfində “ Vətən var olsun!” adlı tədbir keçirilmişdir. Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şerlər söylədilər, vətənə həsr olunmuş mahnı səsləndirdilər. Şəhid Orxan Əliyevin valideynləri ilə görüş oldu.