2 "Ç " sinfində "8 Noyabr Zəfər Günü" adlı sinif təşkilat saatı həyata keçirilmişdir.

4 noyabr tarixində 2 "Ç " sinfində sinif rəhbəri Abdullayeva Kamalənin təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü" adlı sinif təşkilat saatı həyata keçirilmişdir. Müəllim tərəfindən şagirdlər əlamətdar günlə bağlı məlumatlandırılmışdır. Belə ki,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan, Hadrut , Suqovuşan , 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Şagirdlər Zəfər Gününə özəl rəsmlər çəkmiş, şüarlar səsləndirmiş, şeirlər söyləmişlər. Şagirdlərin əl işləri müəllim tərəfindən qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi