44 günlük Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qəhrəman anaların zəfər çalan oğulları” adlı tədbir keçirildi

     Noyabrın 2-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin və 251 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində  canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qəhrəman anaların zəfər çalan oğulları” adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd  44 günlük Vətən müharibəsində azadlığımız, müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaqdır.İlk öncə 44 günlük  müharibədə Vətən uğrunda  canından keçmiş şəhidlərimizə və qazilərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra “Məktəb teatrı”, “Nitq mədəniyyəti”, “Xor ifaçılığı”, “Yol hərəkəti qaydaları” və “Vokal”  dərnəyinin üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, şəhidlərə, vətənə həsr olunmuş şeirlər və mahnılar ifa olunub.Tədbirdə Bakı şəhəri Gənclər İdman idarəsinin Nizami sektorunun baş məsləhətçisi Valeh Əmrahov, Azərbaycan Respublikasının xalq artisti, yüksək dərəcəli vokalist, Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, 251 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev, müəllim və şagird kollektivi,  95 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Rahil Hüseynov,  aktyor Rəşad Səfərov, hərbi verilişlərin aparıcı İsmayıl Balacanov, qazilər və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.Tədbirlərdə iştirak edən dərnək üzvlərinin  sayı - 60 nəfər.Dərnək rəhbərləri – Samirə Hüseynova, Fidan İsmayılova, Orxan Qasımlı və Rəşad Orucov.Tədbirlə bağlı şəkil  məcmusunu saytın foto qalereya bölməsində izləmək olar.https://bakimektebleri.edu.az/251/az/media/album/12641/

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi