"Məişət zorakılığı " mövzusunda maarifləndirici tədbirdə məktəbin psixoloqunun iştirakı

129 nömrəli tam orta məktəbdə "Məişət zorakılığı " mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin,Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon Polis idarəsinin "Yetkinlik yaşına çatmayanlarla iş üzrə dövlət komissiyasının" əməkdaşları, valideynlər,məktəb psixoloqları və şagirdlər iştirak etdi. Məktəbin bir neçə şagirdi məişət zorakılığına aid rəsmlər çəkdi və qonaqlara nümaiş etdirdi.Tədbirdə məktəbimizin psixoloqu Qənbərli Sevinc də iştirak etdi.