İxtisasartırma təlimlərdə yüksək nəticə göstərən ingilis dili müəllimlər üçün "British Council" forumu keçirilmişdir

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "British Council" tərəfindən ingilis dili müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilmişdir. Oktyabrın 27-də Təlim proqramında iştirak edən və təlimin keçirildiyi onlayn platformada yüksək nəticə göstərən müəllimlər üçün "British Council" forum keçirilmişdir.Həmin foruma məktəbin İngilis dili fənn müəllimləri Hüseynova Səidə, Quliyeva Əsmər və Rəcəbova Lalə qatılmışdırlar. Qeyd edək ki təlimlərin sonunda müəllimlər sertifikat almışdılar.