"Şanlı tariximiz" adlı yaradıcılıq müsabiqəsində 3-cü yerə layiq görüldük

Azərbaycan Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 8-noyabr Zəfər Gününə həsr olunmuş "Şanlı tariximiz" adlı yaradıcılıq müsabiqəsinin yekun mərhələsi baş tutub. Həmin müsabiqədə məktəbdə təşkil olunmuş "Məktəb teatrı" dərnəyinin üzvləri fəal iştirak etdilər.Uşaqlar "Şanlı tariximiz" və tarixi səlnaməmiz olan "Dədə Qorqud" dastanından "Qazan xan və Qaraca çoban" boyundan hazırlanmış səhnələr canlandırmışlar.Məktəbin şagirdləri 3-cü yerə layiq görülüb və diplomlarla təltif olunublar.Şagirdlərimizi təbrik edir, onlara dərslərində müvəffəqiyyət və yaradıcılıq nailiyyətləri arzu edirik.