Sinif jurnalın aparılması ilə bağlı iclas keçirildi

Sinif jurnalı dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Jurnalların təlimata uyğun, səhifələnib, yazılması üçün məktəbin direktoru Elçin Abdullayev sinif rəhbərləri və IX - XI sinfin fənn müəllimlərinə öyrədici və izahedici seminar təşkil etmişdir. İclasda müəllimlər üçün sənədin aparılmasında qaranlıq qalan məqamlara aydınlıq gətirildi.