2“Ə” sinif şagirdləri Bakı Zooloji parkına ekskursiya etdilər

   Oktyabrın 20-də məktəbimizin 2“Ə” sinif şagirdləri sinif rəhbəri Cavadova Ziyarət müəllimlə birlikdə Bakı Zooloji parkına ekskursiya etdilər. Şagirdlər parkdakı heyvanlar haqqında geniş məlumat əldə etdilər. Bu park dünyada mövcud olan parklar səviyyəsində yaradılıb. Çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilir. Nadir heyvanların qorunması, qidalanması, saxlanılması hər növün öz ehtiyacları nəzərə alınaraq hazırlanıb. Bu isə şagirdlərin dərsliklərdə qiyabi şəkildə öyrəndiklərini burada əyani olaraq görmək təcrübə etmək imkanı yaradır. Azərbaycanın nadir faunası haqqında məlumat əldə edilə biləcək, eyni zamanda Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii şəraitdə qorunması, artırılması haqqında da kifayət qədər məlumat əldə edə bilərlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi