“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” adlı tədbir keçirildi

   Məktəbin 1”B” sinfində18 Oktyabr Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.Tədbir məktəbin ibtidai sinif şagirdlərinin Azərbaycan respublikasının himninin ifası ilə başalayıb.Dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş etdirilib.Sinif rəhbəri Təranə Muxtarova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 32 illiyini qeyd edir.Tədbirdə iştirak edən direktor müavini Leyla Sadıqova Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olduğunu vurğuladı.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa etdilər.Müstəqillik gününə aid rəsmlər çəkdilər.Tədbir “Azərbaycan bayrağı” mahnısı ilə yekunlaşdı. Tədbirlə bağlı şəkil və videoların məcmusunu saytın foto qaleriya və video qaleriya bölməsində izləmək olar.

https://bakimektebleri.edu.az/251/az/media/video/

https://www.youtube.com/watch?v=GvKN4lvioiU&t=1s

https://www.youtube.com/watch?v=kasxfXoToEg

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi