"Müstəqil məmləkətim!" mövzusunda nümunəvi dərs keçirildi

Bu gün Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 32 -ci illiyidir. 2 "Ə " sinif rəhbəri Ziyarət Cavadova tərəfindən sinifdaxili tədbir keçirilmişdir. Tədbir dövlət himninin oxunması ilə başlanmışdır. Şagirdlərə müstəqilliyin əldə olunmasında keçilən yol, müstəqilliyin xalqımız üçün əhəmiyyəti və müstəqilliyin qorunması üçün şagirdlərin üzərinə düşən öhdəliklər haqqında geniş məlumat verilmişdir.Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar,şeirlər dinlənilmişdir.