Müstəqilik Günü ilə bağlı 3”C” sinfinin şagirdləri Heydər Əliyev Mərkəzində oldular

Hər bir insanı digərlərindən fərqləndirən, ucaldan xüsusiyyətləri vardır. Vətənpərvərlik, xeyirxahlıq, fədakarlıq və s. kimi insanı ideallaşdıran xüsusiyyətlər. Lakin hər insan bunlara sahib olmaqla bir dahiyə çevrilib insanların ürəklərində əbədi yer tuta bilməz. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Bu dahi əlbəttə ki, Heydər Əlirza oğlu Əliyevdən başqası ola bilməz. Oktyabrın 17-də 3”C” sinfi 18 Oktyabr Müstəqilik Günü ilə bağlı İbtidai sinif müəllimi Zeynalova Aygünün təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak etmişlər.Şagirdlər Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış və rəsmi sənədlərlə tanış olublar.