17 oktyabr – Füzuli şəhəri günüdür

17 oktyabr – Füzuli şəhəri günüdür. Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “17 oktyabr – Füzuli şəhəri günü” elan edilib. Bu gün 1 b sinfində Həyat bilgisi fənnindən “Mən azərbaycanlıyam”mövzusu üzrə dərs- tədbir keçirildi.Sinif rəhbəri Təranə Muxtarova şagirdlərə qürur və fəxarət hissi ilə bildirdi ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Füzuli azaddır, Füzuli şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.Füzuli bizimdir! Qarabağ Azərbaycandır! Dərsin sonunda 1”B”sinif şagirdləri Qarabağın simvolu olan xarı bülbül bitkisi haqqında bilgi alaraq rəsmlər çəkdilər.