“Suraxanı” gəmi-muzeyinə ekskursiya

Məktəbin 3”E” sinfi İradə Cavadovanın rəhbərliyə ilə “Suraxanı” gəmi-muzeyinə ekskursiyada oldular Dünyada ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi Bakı şəhərində, Dənizkənarı Milli Parkda yerləşir. Gəmi-muzeyin fəaliyyət göstərdiyi “Suraxanı” tankeri ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, çəkisi isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən tankerlərdən biri olub. “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar isə 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Gəmi-muzeyin açılışı 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir. Şagirdlərimiz ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış oldular. Gəmi-muzeyi qədim dənizçilik ənənələri olan Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan, bir sıra innovativ yenilikərdən istifadə edilib. Şagirdlər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar.