"Robotex Türkiyə" tədbiri çərçivəsində mentor təlimlərində informatika müəllimizin iştirakı

    "Robotex Türkiyə" tədbiri çərçivəsində, 14-15 oktyabr 2023-cü il tarixlərində mentor təlimlərinə keçirimişdir. Tədbirə məktəbimizin informatika müəllimi Natəvan Novruzəliyeva və informatika laborantı Nazlı Məmmədova iştirak etmişlər. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edərək keçirilən Robotex Türkiyə, Azərbaycan Dövlət Pedaqoji Universitetində iki günlük texniki mentor təlimləri ilə start almışdır.Təlimlərdə ölkəmizin müxtəlif regionlarında yerləşən orta məktəblər, xüsusi təhsil müəssisələri və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər. Təlimlər çərçivəsində Türkiyənin Sinop Universiteti və On Dokuz Mayıs Universiteti əməkdaşlıq edib, təcrübəli ekspertlər Ahmet Karaoğlu, Rza Altunay, Memnun Demir və Robotex Türkiye CEO'su Orhan Çevik təlimlərin təşkilində iştirak etmişlər. Bu təlimlər, texnologiya və robotexnika sahəsində bacarıqlarını inkişaf etdirmək istəyən 120 iştirakçıya texniki və praktiki təlimlər təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi