İllər ötsə də şəhid İlqar Hümbətov heç vaxt unudulmayacaq və xatirəsinə dərin ehtiram bəslənəcək

3”Ç”sinif şagirdləri müəllimləri Gülnarə Hacıyevanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi İlqar Hümbətovun uca məqama yüksəldiyi 3-cü il dönümü ilə əlaqədar tədbir keçirilib. Şagirdlər əbədi-bədii kompozisiya ilə çıxış ediblər. Çıxışlardan igid, qəhrəman Vətən oğlu İlqar Hümbətovun həyat və döyüş yolundan bəhs edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Tədbirin keçirilməsində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla yad edilməsi və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.